Zelenski Donetskdəki əsgərləri ziyarət edib

14:37 31 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətində döyüşən ukraynalı əsgərlərə baş çəkdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb ki, o, Donetsk vilayətində Çasiv Yar, Kramatorsk, Slavyansk, Drujkivka, Kostantinivka və Baxmut istiqamətlərində ukraynalı əsgərlərlə görüşüb.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri yarandıqları gün münasibətilə təbrik etdiyini və onlara mükafatlar təqdim etdiyini qeyd edən Zelenski deyib:

"Ukrayna və Ukrayna xalqına qarşı terror aktlarına görə məsuliyyət daşıyanlar bilməlidirlər ki, həyatda olduqları təqdirdə, ədalət həmişə qalib gəlir. Ukrayna qalib gələcək. Bu qələbəni yaxınlaşdıran hər kəsə minnətdaram. Əsgərlərimiz bütün torpaqlarımızın,  xalqımızın işğalçılardan qurtulacağı günü gözləyir".

Zelenski həmçinin Donetsk vilayətində bir yanacaqdoldurma məntəqəsində dayandığını, qəhvə içdiyini və əsgərlərlə söhbət etdiyini də paylaşıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti