Kreml: Kiyev rejimi terror hücumu taktikasından istifadə edir

16:44 31 İyul 2023

Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın cəbhədəki uğursuzluqlarına görə Rusiyadakı mülki strukturlara hücumlar təşkil etdiyini bildirib və bu hücumların uğursuzluqlarından doğan çarəsizlik hərəkətləri olduğunu, Kiyev rejiminin terror hücumu taktikasından istifadə etdiyini deyib.

Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın Ukrayna böhranının həlli ilə bağlı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan görüşü izləyəcəyini ifadə edən Peskov deyib: “Kiyev rejiminin hazırkı yanaşması ilə sülh razılaşması əldə etmək olarmı? Cavab aydındır ki, yox. Bunun üçün lazımi şərait yoxdur. Kiyev rejimi yalnız Qərbin Rusiyaya qarşı müharibəsində alət kimi istifadə edildiyi müddətcə sülhə can atmayacaq və ata da bilməz".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti