Dünyada hər il 8,7 milyon insan tütün istifadəsi səbəbindən ölür

19:27 31 İyul 2023

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ÜST-nin qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub.

"Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara siqaret tüstüsünə passiv məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir", - deyən hesabatda tütün istifadəçilərinin təxminən yarısının həyatını itirdiyi qeyd olunub.

Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.

Seymur Bənnayev

Sitat.info

​​​​​​



Xəbər xətti