Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində iki bina dağılıb, bir binada yanğın baş verib.
Sitat.info xəbər verir ki, rəsmilər hücumda zərər görən binalarda heç kimin olmadığını açıqlayıb: "Ukrayna Moskvanı pilotsuz təyyarələrlə hədəfə alıb. Rusiya Ukraynanın Xarkov şəhərində yaşayış məntəqələrinə zərbələr endirib. Ukrayna Fövqəladə Hallar Xidməti hücumun PUA-larla həyata keçirildiyini, iki binanın dağıldığını, birində yanğının baş verdiyini açıqlayıb. Açıqlamada hücum zamanı binada heç kimin olmadığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi Sevastopoldan 340 kilometr cənub-qərbdə Ukraynaya məxsus "pilotsuz qayıqların" Rusiya patrul gəmilərinə hücum etdiyini açıqlayıb. “Hücumun dəf edilməsi zamanı düşmənin ekipajsız hər üç kateri Rusiya gəmilərinin adi silahlarından açılan atəş nəticəsində məhv edilib”, - məlumatda deyilir.
Qara dəniz donanmasında Sergey Kotov və Vasili Bıkovun gəmiləri onlara verilən tapşırıqları yerinə yetirməkdə davam edirlər.
Digər tərəfdən, Moskva meri Sergey Sobyanin üç Ukrayna pilotsuz təyyarəsinin Moskva bölgəsinə hücum etdiyini açıqlayıb. Hücumda iki pilotsuz təyyarənin məhv edildiyi, digər pilotsuz təyyarənin isə ötən günlərdə zədələnən göydələnlərdən birinə dəydiyi bildirilib.
Nərgiz,
Sitat.info