İranda həddindən artıq istilər səbəbindən qurumlar 2 günlük tətil elan edib

13:40 1 Avqust 2023

İranda həddindən artıq istilər səbəbindən avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin tətilinə qərar verilib.

Sitat.info xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi Twitter hesabında verdiyi açıqlamada deyib: “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günləri tətil keçirilməsi təklifi Nazirlər Şurası tərəfindən qəbul edilib”.

Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə hava istiliyinin 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir.

İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, havanın temperaturu 40 dərəcədən çox olan bölgələr həftə sonu tətil elan edilsin.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti