Nigerdəki çevrilişdən və səfirliyinə hücumdan sonra Fransa bu ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib.
Sitat.info xəbər verir ki, Niger mətbuatının Fransanın Niameydəki səfirliyində istinad etdiyi məlumata görə, Fransa Nigerdəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır.
Səfirliyin ölkədəki Fransa vətəndaşlarına göndərdiyi mesajda Nigerdə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən havadan təxliyə əməliyyatının planlaşdırıldığı bildirilib.
Fransa mətbuatı xəbər verir ki, Xarici İşlər Nazirliyi də bu məlumatı təsdiqləyib.
Seymur Bənnayev
Sitat.info