Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiyadakı mülki strukturlara hücum edərək ABŞ-ı şantaj etdiyini bildirib.
Sitat.info xəbər verir ki, bu barədə XİN sözçüsü Ukraynanın Moskvaya PUA hücumları ilə bağlı açıqlamasında deyib.
"Ukrayna prezidenti Volodimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur", - Zaxarova bildirib.
Zelenskinin bu hücumlarla ABŞ üçün təhlükə yaratdığını deyən Zaxarova: "Zelenski mülki infrastrukturlara terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükəyə atmaqdadır. (ABŞ prezidenti Co) Bayden "dövlət terror sponsoru" anlayışı ilə öz tələsinə düşür", - o açıqlamasında deyib.
Seymur Bənnayev
Sitat.info