Bolqarıstanın müdafiə naziri Todor Taqarev orduda təxminən 20 faiz kadr çatışmazlığı olduğunu bəyan edib.
Sitat.info xəbər verir ki, Bolqarıstan Xəbər Agentliyinin (BXA) xəbərinə görə, hərbi diplom mərasimindən sonra çıxış edən müdafiə naziri Todor Taqarev Bolqarıstan ordusundakı kadr çatışmazlığı ilə bağlı açıqlamalar verib.
Kadr çatışmazlığının 20 faiz olduğunu bildirən Taqarev, bu göstərici nəzərə alındıqda kadr potensialının artırılmasının çətin olduğunu bildirib.
Nazir Taqarev: "Bu il ordunun şəxsi heyətinin maaşlarını artırdıq. Ümid edirəm ki, bu tədbir orduya marağı artıracaq. Amma bu kifayət etməyəcək. Problemin daha əhatəli həlli tapılmalıdır", - deyib.
Seymur Bənnayev
Sitat.info