Rusiya yenidən raketlərlə zərbə endirib: 6 ölü

18:12 1 Avqust 2023

Rusiya-Ukrayna müharibəsi şiddətlə davam edir. Rusiya mülki yaşayış məntəqələrinə zərbələr endirməkdədir.  

Sitat.info xəbər verir ki, bu dəfə Rusiya raketləri ölkənin mərkəzi hissəsini hədəfə alıb. Raketlərin yaşayış binasına düşməsi nəticəsində 1-i uşaq olmaqla 6 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.
Rusiya raketləri növbəti dəfə mülki yaşayış məntəqələrini hədəfə alıb. Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu həyata keçirilib. Mülki əhalinin yaşadığı 9 mərtəbəli bina raketin hədəfi olub. Binanın bir hissəsi dağılıb.

Binanın sakinləri qaçıblar. İnsanların çoxu xilasedicilər tərəfindən xilas edilib. Hücumdan sonra şəhərdə bir günlük matəm elan edilib.
Ukrayna prezidenti Zelenski "Bu terror bizi qorxutmayacaq və qorxutmayacaq. Biz çalışırıq və xalqımızı xilas edirik" deyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat Rusiyanın hücumu ballistik raketlərlə həyata keçirdiyini açıqlayıb.

Ayna,

Sitat.info



Xəbər xətti