Ukrayna rus tanklarını almanların “Matador”u ilə vuracaq

19:24 26 Mart 2022

Almaniya hökumətinin razılığı ilə Ukraynaya tank əleyhinə yeni müasir silahlar gətirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Söhbət yaxın, qısaməsafəli döyüşlərdə tank əleyhinə istifadə oluna bilən “Matador” qumbaratanlarından gedir. Bu silahlar Rusiya istehsalı bütün tankları məhv etmək qabiliyyətinə malikdir.

Elə bu gün Ukraynaya 2650 ədədlik "Matador" partiyası daxil olub. Satışın ümumi həcmi 5100 ədəddir. Qalan 2450 ədəd silah hazırda istehsaldadır və Ukraynaya may ayının sonuna qədər təhvil veriləcək.

Satışın ümumi miqdarının 25 milyon dollar olduğu bildirilir.

Alamniya mətbuatı Ukraynaya bu tipli silahların verilməsində iqtisadiyyat naziri Rober Qabekin xüsusi aktiv rol oynadığını bildirir.

“RGW90 HH "Matador” silahları ABŞ “Javelin”lərindən xeyli fərqlidir. Bu silah 500 metrlik məsafədə olan hədəfi vura bilir. Üstəlik, 23 kq-lık “Javelin”lərə nisbətən onun çəkisi də yünügüldür (9kq.). Bu silahla binaların içində də atəş açmaq mümkündür.



Xəbər xətti