NASA itirilmiş "Voyager 2" kosmik gəmisindən siqnal alır

20:01 1 Avqust 2023

NASA səhv əmr göndərən və əlaqəni itirən "Voyager 2" kosmik gəmisindən günlər sonra siqnal aldıqlarını açıqladı.

Sitat.info xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Voyager Interstellar" Layihə Meneceri Suzanne Dodd verdiyi yazılı şərhdə, "Voyager 2"nin NASA-nın dünya miqyasında nəhəng radio antena kolleksiyası olan "Deep Space Network" vasitəsilə hələ də "canlı" olduğunu ifadə etdi.

Sözügedən inkişafın onları sevindirdiyini ifadə edən Dodd, ABŞ-ın Kaliforniya ştatındakı Jet Propulsion Laboratoriyası mütəxəssislərinin "Voyager 2"nin antenasını dünyaya qaytarmağa çalışacaqlarını qeyd etdi.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti