Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Ukrayna Qara dənizdə Rusiyanın mülki nəqliyyat gəmilərinə pilotsuz dəniz maşınları ilə hücum etməyə cəhd edib.
Sitat.info xəbər verir ki, Konaşenkov açıqlamasında hücumun bu gecə həyata keçirildiyini ifadə edərək deyib; "Kiyev rejimi Qara dənizin cənub-qərbində İstanbula gedən Rusiya mülki nəqliyyat gəmilərinə 3 yarıdalma pilotsuz dəniz vasitəsi ilə terror hücumuna cəhd etdi".
Pilotsuz dəniz vasitələrinin vaxtında aşkarlandığını deyən Konaşenkov, bu vasitələrin nəqliyyat gəmilərini müşayiət edən Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən məhv edildiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info