İyulun ikinci yarısında Yunanıstanda 470 min hektar meşə sahəsi yanıb

21:42 1 Avqust 2023

Yunanıstanda 15-31 iyul tarixlərində baş verən 7 böyük meşə yanğınında ümumilikdə 470 min hektar ərazinin yandığı bildirilir.

Sitat.info xəbər verir ki, Yunanıstan Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, iyul ayında müşahidə edilən rekord temperaturdan başqa, atmosferdəki aşağı rütubət də meşə yanğınlarını alovlandıran səbəblərdən biri olub.

İyulun 15-dən 31-dək ölkədə Kerkira, Aigio, Dervenoksoria, Kuvara, Karistos, Nea Aghialos və Rodos adalarında baş verən 7 böyük meşə yanğınında 470 min dekar meşə sahəsi məhv olub.

Qeyd edək ki, Yunanıstanda ilin əvvəlindən yanan meşə sahəsi 550 min hektara çatıb.

Bildirilir ki, ölkədə hər il orta hesabla 435 min hektar meşə sahəsi yanır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti