Gerasimov ön xəttə buna görə göndərilib

11:35 2 Avqust 2023

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada ön mövqelərə getməsi onu göstərir ki, Müdafiə Nazirliyi onun hərbi əməliyyatlar teatrının komandiri rolunu vurğulamaqda davam edir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu yaydığı hesabatda qeyd edib.

"Nazirlik tərəfindən yayımlanan videoda general Gerasimov cənub cəbhəsində Rusiyanın müdafiə əməliyyatlarının memarı kimi təsvir olunur. Bu rol daha əvvəl Ukraynadakı rus qoşunlarının komandirinin keçmiş müavini, general Sergey Surovikin və Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin keçmiş komandanı, general-mayor İvan Popova aid edilmişdi. Video həm də Gerasimovun “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamından sonra ilk ictimai çıxışlarından biridir”, - hesabatda bildirilib.



Xəbər xətti