Ermənistana məxsus kvadrokopter ələ keçirildi

09:13 2 Avqust 2023

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Sitat.info xəbər verir ki, bu barəd Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.



Xəbər xətti