19 TIR 7 gündür gözləyir, İrəvan ardını göndərir

12:40 2 Avqust 2023

 

Ermənistan 7 gündür sərhədimizdə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə sayını artırmaq qərarına gəlib.

 Sitat.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb.

“Yardım maşınları Kornidzorda gözləyən humanitar yük karvanına qoşulacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu, Ermənistanın humanitar şounu davam etdirməyə və genişləndirməyə çalışdığını göstərir.



Xəbər xətti