Ukrayna ordusu Baxmutda  işğalçıları darmadağın edib

12:44 2 Avqust 2023

 Baxmut istiqamətində Ukrayna Müdafiə Qüvvələri Andreevka yaxınlığındakı mövqelərdən rus işğalçılarını sıxışdırıb çıxarıblar.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Baxmut istiqamətində qoşunlarımız Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir. Müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı ruslar Andreevkanın cənubunda yerləşən mövqelərdən geri çəkilməyə məcbur olub, sonra  Kleşçievkanın şimal və qərbində, eləcə də Kurdyumovkanın şimal-qərbində itirilmiş mövqelərini bərpa etməyə uğursuz şəkildə cəhd edib.", - məlumatda deyilir.

Eyni zamanda ağır döyüşlərin davam etdiyi deyilir.

Məğrur,

Sitat.info



Xəbər xətti