İranın yeni gəmiləri: 600 km mənzilli raketlərlə...

14:40 2 Avqust 2023

 

SEPAH-ın Hərbi-Dəniz Qüvvələri 600 kilometr mənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini təqdim edib.

 Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Gəmilər bu səhər İran donanmasının Fars körfəzindəki Əbu Musa adası yaxınlığında başlatdığı təlim zaman nümayiş etdirilib.

“SEPAH-ın Hərbi-Dəniz Qüvvələri İran adalarının təhlükəsizliyini qorumaq üçün ilk dəfə olaraq Fars körfəzində “Şəhid Hacı” xüsusi təyinatlılarının 600 km mənzilli raketlərə sahib olan gəmilərini sınaqdan keçirib”, - məlumatda qeyd olunub.



Xəbər xətti