Artıq səkkizinci gündür ki, Ermənistandan Qarabağa göndərilən 360 ton humanitar yardım Laçın sərhəd keçid məntəqəsi yaxınlığındadır. Ermənistan tərəfi yükün Qarabağa çatdırılması üçün Rusiya sülhməramlı qüvvələrinə təhvil verilməsini gözləyir.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Qeyd ediblər ki, q qida və dərmanların xarab olma riskləri yüksəkdir və sürücülər soyuducuları lazımi temperaturda saxlamaq üçün gün ərzində mühərriklərini işə salırlar.
Onu da əlavə edək ki, Qarabağa humanitar yüklərin göndərilməsi Azərbaycan tərəfi ilə razılaşdırılmayıb və Ermənistanın bu qədər yükün sərhəd -keçid məntəqəsindən rahatlıqla keçirə bilməyəcəyini gözə alaraq belə bir addım atması siyasi şantaj xarakterli bir addımdır. Ermənilər beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə çalışsa da, Azərbaycanın humanitar yüklər üçün Ağdam-Xankəndi yolunu təklif etməsi onların bu "silahını" zərərsizləşdirir.
Nərgiz,
Sitat.info