Rusiya Baltikdə hərbi təlimlərə başladı

16:22 2 Avqust 2023

 

Rusiya Baltik dənizində “Okean Qalxanı 2023” hərbi dəniz təlimlərinə başlayıb.

 Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenovun rəhbərliyi altında başlayan hərbi dəniz təlimlərinə 30-dan çox hərbi gəmi və kater, 6 minə yaxın hərbi qulluqçu cəlb olunub.

Qeyd edək ki, təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib



Xəbər xətti