İran minlərlə Əfqanıstan vətəndaşını ölkədən çıxardı

17:21 2 Avqust 2023

İran hökuməti son 6 gün ərzində 7563 Əfqanıstan vətəndaşını ölkədən çıxarıb.

 Sitat.info xəbər verir ki, bu barədə Xorasan Rəzəvi əyalətinin sərhəd mühafizəsi komandiri Məcid Şüca məlumat yayıb.

Əfqanların İran ərazisindən çıxarılmasına Taliban ilə Tehran rejimi arasındakı su böhranının səbəb olduğu bildirilir.

Qeyd edək ki, son bir neçə ayda bir çox ekspert və İran parlamentinin nümayəndələri Hirmənd çayından İranın su payının verilməməsini əsas gətirərək, əfqan mühacirlərin ölkədə məskunlaşması və onlara xidmət göstərilməsi prosesində sərt qaydaların tətbiqini istəyib.



Xəbər xətti