Pakistanda siyasi partiya konqresinə intiharçı hücumu nəticəsində ölənlərin sayı açıqlanıb

18:00 2 Avqust 2023

Pakistanın Xayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyətinin (İÜC) konqresini hədəf alan intihar hücumunda həyatını itirənlərin sayı 63-ə yüksəlib.

Sitat.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, iyulun 30-da Xayber-Paxtunxvanın Bacaur bölgəsində İÜC üzvlərinin konqresə təşkil etdiyi intiharçı hücumda daha 7 nəfərin ağır yaralanmasından sonra ölənlərin sayı 63-ə çatıb.

Rəsmilər 80 yaralının evə buraxıldığını, 123 yaralının isə müalicə altına alındığını açıqlayıb.

Terror təşkilatı DEAŞ sosial media hesablarından paylaşım edərək hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti