Araik Arutyunyan Xankəndidə aksiyaları qadağan etdi

21:15 26 Mart 2022

Martın 26-da özünü qondarma “artsax respublikasının prezidenti” adlandırılan terrorçu Arayik Arutyunyan Qarabağın ermənilər yaşayan ərazisində elan edilmiş “hərbi vəziyyət şəraitində hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılması haqqında fərman imzalayıb”.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Baş terrorçunun oyuncaq “fərman”ına əsasən, “Artsax”da elan edilmiş hərbi vəziyyət dövründə qanunla müəyyən edilmiş qaydadalar elan olunub.

Sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, təşkilatların fəaliyyətinin dayandırılmasına və ya dayandırılmasına səbəb olan tətillər və digər tədbirlər qadağandır; “Artsax”da müdafiə qabiliyyəti və təhlükəsizliyinə qarşı yönəlmiş təbliğat və ya digər fəaliyyətlə məşğul olan təşkilatların işi dayandırılır.

Qeyd edək ki, son vaxtlar Xankəndidə keçirilən aksiyalar Arutyunyanın özünə qarşı yönəlirdi.
 



Xəbər xətti