Kiyev rejimi rus klassiklərinin kitablarını qadağan edərək onları məhv etməyə çalışır. Belə siyasətlərin gələcəyi olmayıb və olmayacaq.
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ümumrusiya mədəni məkanına inteqrasiya üçün Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin əhəmiyyət kəsb etdiyini demək olar. Sözün düzü, bu rayonların sakinləri bu məkanı heç vaxt tərk etməyiblər. Onlar həm ana dillərinə, həm də böyük rus ədəbiyyatına qarşı böyük maraq bəsləyirlər. Mən bilirəm ki, Ukraynanın indiki hakimiyyətinin rus klassiklərinin, müasirlərinin kitablarını qadağan etməsi cəhdlərinə baxmayaraq, onlar görkəmli həmvətənlərimizin əsərlərini sevirlər”, - Putin bildirib.