Fransada iyul ayında yaşanan qızmar istilər səbəbilə ilk təsbitlərə görə 7-13 iyul tarixlərində 80 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, ölkə mətbuatının Xalq Sağlamlığı Təşkilatının məlumatlarına əsaslandığı xəbərə görə, Fransada Auvergne-Rhone-Alp, Bourgogne-Franche-Comte, Korsika, Grand-Est və Provansda -Alpes-Cote d'Azur bölgələrində 7-13 iyul tarixlərində yaşanan həddindən artıq istilər çox sayda insanın həyatını itirməsinə səbəb olub.
Statistik araşdırmaların proqnozuna görə yaşanan həddindən artıq istilərdən ölənlərin sayının artacağı gözlənilir.
Seymur Bənnayev
Sitat.info