Ukrayna: Rusiya Dunay çayı limanlarına hücum etdi

20:51 2 Avqust 2023

Ukraynanın İcmalar, Regionlar və İnfrastruktur İnkişafı naziri Aleksandr Kubrakov bildirib ki, Rusiya ötən gecə Dunay çayı ilə əlaqəli limanlara hücum edib.

Sitat.info xəbər verir ki, Kubrakov sosial media hesabından verdiyi açıqlamada Rusiyanın ötən gecə Ukrayna limanlarına həyata keçirdiyi PUA hücumlarını dəyərləndirib və hücuma məruz qalan limanların fotolarını paylaşıb.

Fotoların Dunay çayı limanlarının dağıdılmış infrastrukturunu əks etdirdiyini ifadə edən Kubrakov: "Dünən gecə Rusiya İran pilotsuz təyyarələri ilə bu limanlara hücum etdi. Bunlar bu gün qlobal ərzaq təhlükəsizliyinin əsasına çevrilən limanlardır. Ruslar anbarlara və taxıllara hücum etdi.  Türkiyənin gözlədiyi 40 min tona yaxın taxıl zərər gördü", - açıqlamasında deyib.

Kubrakov dünyanın bu hücumlara müqavimət göstərməli olduğunu və Ukrayna limanlarına hücumların bütün dünya üçün təhlükə olduğunu müdafiə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti