İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 26 fələstinlini nəzarətə götürüb.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri Hebron və İordan çayının qərb sahilinin bəzi digər şəhərlərində fələstinlilərə qarşı həbs əməliyyatları həyata keçirib.
İsrail qüvvələri Hebron şəhəri və qəsəbələrindən olan 16 fələstinlini Kalkiya şəhərində 2-si qardaş olmaqla 4 nəfəri nəzarətə götürüb.
İordan çayının qərb sahilinin şimalındakı Cenində 5, Nablusda isə 1 nəfərin İsrail qüvvələri tərəfindən nəzarətə alındığı barədə məlumat paylaşılıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.
Seymur Bənnayev
Sitat.info