Polşanın baş naziri: Belarusda 4 minə yaxın “Vaqner” döyüşçüsü var

14:39 3 Avqust 2023

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, hazırda Belarus torpaqlarında 4 minə yaxın "Vaqner" muzdlusu var.

Sitat.info xəbər verir ki, mətbuat konfransında Moravetski "Vaqner" qrupu ilə bağlı Litva prezidenti Gitanas Nauseda ilə görüşdüklərini bildirib.

"Vaqner" qrupunun son dərəcə təhlükəli olduğunu vurğulayan Moravetski deyib: "Bizim məlumatlara görə, Belarus ərazisində təxminən 4 min Vaqner muzdlusu var və Nausedadan alınan məlumata görə, bu rəqəm bir qədər yüksəkdir".

Moravetski deyib ki, "Vaqner"in iştirakı Rusiya üçün Polşa və onun müttəfiqlərinin reaksiyasını yoxlamaq üçün bir üsuldur.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti