Rusiyadan açıqlama: 6 PUA ilə hücum cəhdinin qarşısı alınıb

14:47 3 Avqust 2023

Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbindəki Kaluqa bölgəsi üzərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum cəhdinin qarşısı alındığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlikdən Ukraynanın 6 PUA ilə hücum cəhdi ilə bağlı verilən açıqlamada: "Kiyev rejiminin bu gecə Kaluqa bölgəsində PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - deyilir.

Rusiya hava hücumundan müdafiə sistemlərinin 6 PUA-nın hamısını məhv etdiyi barədə məlumatların paylaşıldığı açıqlamada qarşısı alınan hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti