ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib.
ABŞ rəhbəri vurğulayıb ki, Alyans buna vahid cavab verəcək.
Bu barədə RBC-Ukrayna Amerika liderinin Varşavadakı çıxışına istinadən xəbər verir.
"NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik", - ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, NATO nizamnaməsi alyansın bir ölkəsinə hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Nizamnamənin 5-ci maddəsində deyilir ki, bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar. /report