Sudan ordusu paytaxt Xartumun şimal və qərbində hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (ÇDQ) mövqelərini bombalayıb.
Sitat.info xəbər verir ki, şahidlərin sözlərinə görə, ordu paytaxtın qərbindəki Umdurmandakı Kerari hərbi bazasından ağır artilleriya ilə Umdurman və Bahri şəhərlərindəki ÇDQ məntəqələrinə zərbələr endirib.
Vətəndaş müharibəsindən əvvəl ÇDQ-nın Umdurmandakı ən böyük hərbi qərargahı olan Kerari təxminən 3 ay əvvəl havadan və qurudan edilən hücumdan sonra ordunun əlinə keçdi.
Qeyd edək ki, Ordu ilə ÇDQ arasında vətəndaş müharibəsi 100 gündən artıqdır ki, əsasən paytaxt ətrafında və ölkənin qərbində davam edir.
Seymur Bənnayev
Sitat.info