Türkiyədə ilin əvvəlindən 942 terrorçu zərərsizləşdirilib

17:20 3 Avqust 2023

Türkiyə Milli Müdafiə Nazirliyi 2023-cü il yanvarın 1-dən indiyədək 942 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən təşkil edilən Mətbuat Məlumatlandırma Yığıncağında Türkiyə Silahlı Qüvvələrinin başda PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları olmaqla milli birlik və həmrəyliyə yönəlmiş hər cür təhdid və təhlükəyə qarşı mübarizəsinin gündən-günə gücləndiyi və fasiləsiz davam etdiyi vurğulanıb.

Açıqlamada, qətiyyətlə həyata keçirilən terroru mənbəyində yox etmə strategiyası ilə Şimali İraq və Suriyada son bir həftədə 50 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Bu çərçivədə zərərsizləşdirilən terrorçuların sayı 2023-cü il 1 yanvardan 942-ə, 24 iyul 2015-ci ildən isə 38 285-ə çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti