İstanbulda 11 terror təşkilatı üzvü saxlanılıb

18:31 3 Avqust 2023

İstanbulda PKK terror təşkilatının hücrə evinə edilən basqında bombaların hazırlanmasında istifadə olunduğu güman edilən partlayıcı maddələr aşkar edilib. Ümumilikdə 11 nəfərin saxlanıldığı əməliyyatda 2 şübhəlinin Sultanqazi Şəhər Meşəsində yanğın törətmək üçün 3 mexanizm buraxdığı üzə çıxıb.

Sitat.info xəbər verir ki, İstanbulun Bayrampaşa səmtindəki bir ticarət mərkəzində çantaları partlayaraq alovlanan şəxslər onlardan şübhələnən polis qrupları tərəfindən yaxalanıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti