Çin "Fingyün-3" meteoroloji peykini orbitə buraxıb

18:33 3 Avqust 2023

“Fıngyün-3 06” peyki “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən buraxılıb.

Sitat.info xəbər verir ki,  Sinxua xəbər agentliyinij məlumatına görə, orbitə buraxıldıqdan sonra günəş-sinxron orbitdə təyin olunmuş mövqedə qərarlaşan peyk hava proqnozu, fəlakətlərin qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji mühafizə xidmətlərini həyata keçirəcək.

Buraxılış "Long March, raketi ilə 481-ci uğurlu nəqliyyat missiyası idi.

İlk dəfə 1988-ci ildə buraxılan "Fıngyün" meteoroloji peyklərindən kosmosa 4 nəsildən 22 peyk göndərilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti