Evdən 25 min manatlıq oğurluq edən yeniyetmə tutuldu

18:46 3 Avqust 2023

Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb.

Bu barədə Sitat.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır



Xəbər xətti