Rusiya Rumıniyanın Moskvadakı səfirliyinə diplomatlar üçün kvota qoyur

20:01 3 Avqust 2023

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı münasibətlərin tələb etdiyi kimi, Rumıniyanın Moskvadakı səfirliyinə diplomatik personalın sayına dair kvota ilə bağlı nota verib.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantin İonitanın nazirlik binasına çağırıldığı bildirilib.

Bəyanatda İonitaya Rumıniyanın Rusiyadakı səfirlik və konsulluqlarında çalışan diplomat və işçilərin sayına kvota tətbiq edən nota verilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti