ABŞ hərbi bazasının yaxınlığına raket zərbələri endirildi

20:28 3 Avqust 2023

Suriyanın Əş-Şəddadi şəhərində yerləşən ABŞ hərbi bazası yaxınlığına bir neçə raket atılıb.

Sitat.info  xəbər verir ki, bu barədə “Al Ikhbaria” telekanalı məlumat verib.

Məlumata görə, raket zərbələrinə məruz qalan hərbi obyekt tərəfdən səmaya qalın tüstü dumanı qalxır.

Hücumu kimin həyata keçirdiyi barədə məlumat verilməyib.



Xəbər xətti