ABŞ-da 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan "Konqresdə 6 Yanvar basqını" araşdırmaları çərçivəsində ittiham olunan keçmiş ABŞ prezidenti Donald Tramp Vaşinqtonda federal məhkəmədə hakim qarşısına çıxacaq.
Sitat.indo xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da hücumların baş verdiyi Konqres binasının bilavasitə yaxınlığında yerləşən Elijah Barrett Prettyman məhkəməsində məhkəmə qarşısına çıxacaq.
Trampın ona qarşı irəli sürülən ittihamları rədd edəcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info