İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.
Sitat.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Xuzistanın Meteorologiya İdarəsinin baş direktoru Məhəmməd Sazahzəri əyalətdə isti hava şəraiti ilə bağlı açıqlama verib.
Sazahzəri qeyd edib ki, son 24 saat ərzində Xuzistan əyalətinin 8 şəhərində havanın temperaturu 50 dərəcədən yuxarı ölçülüb.
Buna uyğun olaraq havanın temperaturu Ümidiyədə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə olaraq qeydə alınıb.
Seymur Bənnayev
Sitat.info