Nigerdə çevriliş tərəfdarları yenidən küçələrə çıxıb

21:24 3 Avqust 2023

Nigerdə dövlət çevrilişi tərəfdarları müstəqillik günü ilə bağlı nümayiş keçirib.

Sitat.info xəbər verir ki, Nigerin paytaxtı Niamey və paytaxtdan 800 kilometr uzaqlıqda yerləşən Zinder şəhərində dövlət çevrilişi tərəfdarları Nigerin Fransadan müstəqilliyinin 63-cü ildönümü münasibətilə küçələrə çıxıb.

Niameydəki Konserkasiya meydanına toplaşan nümayişçilər Fransanın ölkədən çıxmasını tələb edib və xuntaya dəstəklərini bir daha bəyan ediblər.

“Fransa çıxsın” və “Yaşasın xunta” yazılan pankartlar daşıyan kütlə arasında Rusiya bayraqları da diqqət çəkib.

Zinderdəki nümayişçilər də Fransa əleyhinə şüarlar səsləndiriblər.

Yerli mətbuatda paylaşılan xəbərdə təhlükəsizlik qüvvələrinin Fransa və ABŞ səfirliklərinə gedən yolları bağladığı görülüb.

Aytəkin

Sitat.info



Xəbər xətti