Braziliyada qanlı basqın! 43 nəfər həyatını itirdi

21:28 3 Avqust 2023

Braziliyada polis qüvvələri ilə narkotik dəstələri arasında toqquşma baş verib. Baş verən zorakılıqda 43 nəfərin öldüyü müəyyən edilib.

Sitat.info xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro, San-Paulu və Bahia ştatlarında polisin narkotik qruplarına qarşı keçirdiyi reydlər nəticəsində 43 nəfər ölüb.

BBC-nin xəbərinə görə, Braziliya polisi Rio-de-Janeyro şəhərində narkotik qruplarına qarşı təşkil etdikləri əməliyyatda çıxan qarşıdurmada 10 nəfərin öldüyünü açıqlayıb.

San-Paulu əyalətində 5 gündür həyata keçirilən "Qalxan Əməliyyatı"nda aralarında polis olmaqla 14 nəfər həyatını itirərkən, ölkənin şimal-şərqindəki Bahia əyalətində 19 şübhəli zərərsizləşdirilib.

Aytəkin

Sitat.info



Xəbər xətti