Rusiya: Qara dənizdəki bazaya hücum dəf edildi

13:18 4 Avqust 2023

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dəniz sahilindəki Novorossiysk liman şəhərindəki hərbi dəniz bazasına iki pilotsuz dəniz vasitəsinin hücumunun dəf edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gün səhər verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin iki pilotsuz dəniz gəmisi ilə Novorossiyskdəki hərbi-dəniz bazasına hücuma cəhd etdiyini bildirib.

“Hücumun dəf edilməsi zamanı pilotsuz katerlər hərbi-dəniz bazasının xarici limanını qoruyan Rusiya gəmilərinin standart silahları tərəfindən aşkar edilərək məhv edilib”, - məlumatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti