Azad Vətən partiyasına cavab gəldi

15:03 4 Avqust 2023

Azad Vətən partiyasına Ədliyyə Nazirliyindən cavab gəlib.

Sitat.info xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada göstərilir ki, Ədliyyə nazirliyindən partiyaya qeydiyyat üçün göndərdiyi siyahı ilə bağlı məktub təqdim olunub: "Məktubda bəzi iradlar, o cümlədən daha çox texniki məsələlərlə, ad, soyad, doğum tarixinin qeyri-dəqiq göstərilməsi ilə bağlı iradlar yer alıb. Partiya rəhbərliyi bu iradların öyrəniləcəyini, nöqsanların az vaxt ərzində aradan qaldırılaraq, siyahının yenidən Ədliyyə Nazirliyinə göndəriləcəyini qeyd edib".

Azad Vətən Partiyası bəzi partiyaların dostluq, tanışlıq prinsipləri ilə qeydiyyatdan keçiriləcəyinə dair qeyri-rəsmi məlumatlara da münasibət bildirib, heç 100 nəfər üzvü olmayan, Şəhidlər Xiyabanına 4-5 nəfərlə çıxan partiyaların bu cür qeydiyyatdan keçirilməsinin yolverilməz olduğunu qeyd edib: "Deyilənlər təsdiqini taparsa, prezidentin həyata keçirdiyi siyasi islahatlar əhəmiyyətini itirə bilər. Sağlam partiyalaşma prosesinə ümidlər çoxdur. İnanırıq ki, dövlət başçısı Qarabağla bağlı olduğu kimi, burada da qətiyyət və prinsipiallıq nümayiş etdirəcək".

Məğrur,

Sitat.info



Xəbər xətti