Prezident İlham Əliyev “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Sitat.info fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.
2. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədrinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti nəzərdə tutulur.
2. “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.