Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun iyun və iyul aylarında keçirilən əks-hücumlarda 43 mindən çox əsgər itirdiyini iddia edib.
Sitat.info xəbər verir ki, Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
“Ukrayna Silahlı Qüvvələrinin İyun və İyul aylarında döyüşlər zamanı Kiyev rejiminin adlandırdığı əks-hücumun əvvəlindən itkiləri artıq 43 mindən çox əsgərə çatıb”, - Konaşenkov açıqlamasında deyib.
Seymur Bənnayev
Sitat.info