Polşa prezidenti Anjey Duda Rusiya təhlükəsizlik şirkəti “Vaqner”i “xüsusi əsgər qrupu” olaraq görmədiklərini ifadə edərək deyib: “Əslində Vaqnerin həyata keçirdiyi fəaliyyətlərin Rusiya rəsmiləri tərəfindən idarə olunduğundan heç bir şübhəm yoxdur".
Sitat.info xəbər verir ki, ölkənin şimalında yerləşən Gdynia liman şəhərindəki Dəniz Əməliyyatları Mərkəzini ziyarət edən Duda bölgədəki son hadisələrlə bağlı qiymətləndirmələr aparıb.
Duda Rusiyanın Baltik dənizində keçirdiyi təlimdən xəbərdar olduğunu və bu manevrin 30 təyyarə, 30 gəmi və 6 min rus əsgəri ilə həyata keçirildiyini qeyd edib.
Baltik dənizindəki vəziyyətin davamlı olaraq izlənildiyini vurğulayan Duda: "Biz bunu açıq şəkildə Ukraynada davam edən müharibə, Rusiyanın Ukraynaya təcavüzü və Moskvanın şərq sərhədlərimizdəki fəaliyyətləri ilə əlaqələndiririk", - deyib.
Seymur Bənnayev
Sitat.info