Ukraynada Kaxovka SES-in partlamasından sonra su qıtlığı yaşanır

19:01 4 Avqust 2023

Ukraynanın Marqanets şəhəri Kaxovka Anbarı və Su Elektrik Stansiyasının (SES) partlamasından sonra su çatışmazlığı ilə üzləşib.

Sitat.info xəbər verir ki, İyun ayında Xerson vilayətində Kaxovka SES-in partlaması nəticəsində bəzi ərazilər su altında qalıb, bəziləri isə susuz qalıb.

Su qıtlığı ilə üzləşən Dnepr vilayətinin Marqanets şəhəri  Dnepr çayı sahillərində yerləşən şəhərlərdən su ilə təmin edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti