İsveçdə Quranı yandıran Mərcan haqqında həbs qərarı verilib

21:52 4 Avqust 2023

Ankara Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

Sitat.info xəbər verir ki, əldə edilən məlumata görə, açıq mənbə araşdırmasında ötən gün Stokholmda polisin nəzarətində olan İran əsilli Bəhrami Mərcan adlı şəxsin Quranı yandırdığı müəyyən edilib.

Bundan sonra Baş Prokurorluq “xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyətin bir hissəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” cinayətləri ilə bağlı istintaqa başlanılıb.

Respublika Baş Prokurorluğunun tələbi ilə Ankara 5-ci Sülh Cəza Hakimliyi də şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti