Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşlərdə iştirak edən “Mərkəzi” qoşun qrupunun komanda mərkəzinə baxış keçirib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada bildirilib ki, Şoyqunun komandanlıq mərkəzində apardığı yoxlama zamanı bölmə komandirlərindən mövcud vəziyyət və performansla bağlı hesabat alıb.
Açıqlamada Şoyqu Krasno-Limansk istiqamətində uğurlu hücum həyata keçirərək mühüm mövqeləri ələ keçirdikləri üçün qoşunlara təşəkkür edib və Ukrayna ordusundan ələ keçirilən İsveç istehsalı "CV-90* model piyada döyüş maşınının Şoyquya göstərildiyi qeyd edilib.
Qərb ölkələrinin Ukraynaya verdiyi zirehli maşınlarda ehtiyat hissələri, alətlər və digər avadanlıqların olmadığı qeyd edilərək, bu çatışmazlığın döyüş meydanlarında Qərb hərbi texnikasının tez bir zamanda təmir olunmasını mümkünsüz etdiyi bildirilib.
Aytəkin
Sitat.info