CHP rəhbəri Kamal Kılıçdaroğlunun maşın konvoyunda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Ərzincan-Tuncəli yolunda baş verən hadisə zamanı 2-si jurnalist olmaqla, 4 nəfər xəsarət alıb.